Tanınmış jurnalist Vahid Məhərrəmovun "Qanlı gecə - Qanlı tarix" kitabı işıq üzü görüb.
AZXEBER.COM-un məlumatına görə, kitab 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən bəhs edir. Müəllif 20 Yanvar faciəsinin ağrılarını yaşamış, bu qanlı hadisələri öz gözləri ilə görmüş insanlarla görüşmüş, onların xatirələrini qələmə almışdır.Kitaba “Ön söz”ü Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə yazmışdır.Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş toplu 20 Yanvar faciəsinin tarixini öyrənmək baxımından çox dəyərli və qiymətli bir mənbədir.