'Qanqam Stayl'ın 7 yaşlı rəqibi - VİDEO

ŞOU-BİZNES
17:41 11.03.2013
1761
“Qanqam Stayl” mahnısı ilə bütün dünyada məşhurluq qazanan cənubi koreyalı reper Psayın balaca rəqibi meydana çıxıb. Elə “Litl Psay”, yəni “Balaca Psay” ləqəbi ilə çıxış edən bu 7 yaşlı oğlan da Cənubi Koreyadandır.Psayın “Qanqam Stayl” klipindəki hərəkətlərini təqlid etməklə məşhurlaşan balaca reper gələn həftə özünün elektro-pop üslubunda mahnısını “Ay-Tyunz” vasitəsilə təqdim etməyə hazırlaşır. Əsl adı Hvan Min-Vo olan “Litl Psay” da “böyük qardaşı” Psay kimi internet vasitəsilə bütün dünyada məşhurlaşmaq istəyir.Bu arada, Psay özünün “Qanqam Stayl” mahnısının remiksini hazırlayıb və dünya turnesini davam etdirir. Onun ötən ilin iyulunda “Youtube” video-portalına yüklədiyi mahnı artıq 1 milyard 39 milyon nəfər tərəfindən izlənilib.
OXŞAR XƏBƏRLƏR