Qanunsuz fəaliyyət göstərən kafe aşkarlandı

Qanunsuz fəaliyyət göstərən kafe aşkarlandı
SOSİAL
18:02 14.07.2021
377
Göyçay rayonu, İnçə kəndində yerləşən, fiziki şəxs Sədiyev Vasif Ağasəf oğluna məxsus kafedə yoxlama keçirilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və müəssisədə sanitar vəziyyətin qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən olunub.

Eyni zamanda, əməkdaşların dövri tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
OXŞAR XƏBƏRLƏR