Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
SOSİAL
12:51 24.01.2026
438
Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR