Qanunvericiliyin tələblərinin pozan hakimlərin adları açıqlandı - RƏSMİ

Qanunvericiliyin tələblərinin pozan hakimlərin adları açıqlandı - RƏSMİ
SOSİAL
17:30 01.03.2021
458
Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

O bildirib ki, ötən il təsdiq edilən Şuranın qərarı ilə "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın elektron proqram təminatı hazırlanıb:

"Qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apelyasiya məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanıb.

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən iki məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Qanunvericiliyin tələblərinin pozulmasına görə, Şəki Apelyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb