“Qapanmalara getməliyik, bununla yoluxma azala bilər” - Həkim

“Qapanmalara getməliyik, bununla yoluxma azala bilər” - Həkim
SOSİAL
14:24 29.03.2021
513
Bayram günlərində insanlar qızıl qaydalara - maska taxmaq, ara məsafəsini gözləmək, gigiyenik normalara o qədər riayət etmədilər ki, bu gün biz 2 minə yaxınlaşan gündəlik yoluxma sayını müşahidə edirik.
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova deyib. O bildirib ki, xəstəliyi simptomsuz keçirənlər əhali arasında olduqca yoluxma sayında artımlar müşahidə ediləcək.

"Xəstəliyi gəzdirənlər virusun artmasına səbəb oldu. Artımın çox olmasında yeni yaranan "Britaniya ştammı" da təsirlidir. Burada ölüm faizin yüksək olması qaçılmazdır. Ehtiyatlı olmaq lazımdır, insanlar ara məsafəsini gözləməlidir. Yoluxmanın artmasında ictimai nəqliyyat əsas rol oynayır. Burada insanlar çox olurdu. Lakin bayram müddətində nəqliyyat işləmədi".

Həkim-infeksionist qeyd edib ki, "Britaniya ştammı"nda klinik gediş ağır olur: "COVID-19-da olan ağırlaşmalar virusun "Britaniya ştammı"nda daha çox müşahidə edilir. İy bilmə çox hallarda itir, yüksək qızdırma və boğulma olur. Bəzən insanlar fikirləşir ki, onlara soyuq dəyib. Lakin pandemiya dönəmində heç kəs soyuqdəyməni fikirləşməməlidir. Özümüzü narahat hiss ediriksə, virusa yoluxuduğumuzu fikirləşməliyik".

K.Cəfərova, həmçinin qeyd edib ki, yoluxma hallarının artması aktiv xəstələrin çoxalmasına səbəb olur, nəticədə təcili yardımın, həkimlərin işi artır və xəstəxanalar yüklənir.

"Ağır gedişli xəstələrin olması reanimasiyaların yüklənməsinə gətirib çıxarır. Bunların olmaması, yoluxanların sayının azalması üçün qapanmalara gedilməlidir. Çünki yoluxma sayı artıq iki minə yaxınlaşır. Bu yolla biz yoluxanların sayını azalda bilərik. Qrip, adenaviruslar, resperator viruslara yoluxan bir nəfər 10 nəfəri yoluxdurur, COVID-19 xəstəsi bir gündə 40-50 nəfəri yoluxdura bilər. Buna görə biz qapanmalara getməliyik". // azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb