Qapıçı meydanın mərkəzindən qol vurdu - VİDEO

İDMAN
18:25 26.09.2015
2090
Saşa Burhert hadisələrin belə cərəyan edəcəyini gözləmirdi.
"Start" klubunun qapıçısı Xokon Opdal Norveç çempionatının 25-ci turu çərçivəsində "Volerenqa"ya qarşı səfərdə keçirilən matçda meydanın yarısından qol vurub, Dagbladet yazır.
Qapıçı sərbəst zərbə ilə rəqibin cərimə meydançasına ötürmə edib, lakin zərbə güclü olduğu üçün top birbaşa qapıya yönəlib.
Hadisələrin belə cərəyan edəcəyini gözləməyən "Volerenqa"nın qapıçısı Saşa Burhert topu saxlaya bilməyib.
Cümə günü Osloda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.(oxu.az)
OXŞAR XƏBƏRLƏR