Türkiyədə qardaş qardaşı qapını bərk örtdüyü üçün bıçaqlayaraq öldürdü.
AZXEBER.COM portalının verdiyi xəbərə görə, Türkiyənin Bağcılar bölgəsində qardaş-qardaşı mübahisə nəticəsində bıçaqlayaraq qətlə yetirib. Belə ki, Həbib Orxan adlı qardaş kiçik qardaşı Erkan Orxanın otağa girib-çıxarkən qapını sərt bağlamasından əsəbləşib və onu bıçaqlayıb.
Hadisə nəticəsində, ağır yaralanan kiçik qardaş təəcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi qaldırılıb.