Qar, şaxta, duman... - Faktiki hava açıqlandı

SOSİAL
10:15 09.02.2025
172
Fevralın 9-u saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlıda 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatalada (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb.

Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR