15:55 şənbə, 24 Avqust 2019
İQTİSADİYYAT

”Qara bazar” ölkə iqtisadiyyatına zərbə vurur” - Cavid Süleymanov

19:07, 13.07.20199677
”Qara bazar” ölkə iqtisadiyyatına zərbə vurur” - Cavid Süleymanov
İqtisadçı-ekspert, Türkiyədə doktorantura təhsili alan Cavid Süleymanovun AZXEBER.COM-a müsahibəsi.

- Siqaret və onun istifadəsinin bu qədər çox olmasını iqtisadi nəzəriyyə baxımından necə dəyərləndirə bilərik ?

- İlk olaraq onu qeyd edim ki, siqaret lüks istehlak malları sinifinə aid olan və tələb elastikliyi aşağı olan mallardan biridir. Yəni, fiziki asılılıq yaradan bu malın qiymətinin dəyişməsi malın istehlakında ciddi bir dəyişikliyə səbəb olmur. Buna görə də, bu klassifikasiyaya aid olan malların geniş alıcı kütləsi və konyukturadan asılı olmayaraq daima istehlakı görülməkdədir.  Yəni, fiziki asılılığı olan bu və bənzəri lüks istehlak mallarının geniş bazarı ve alıcı kütləsi var.

- Siqaret qiymətlərinin qalxmasının əsas səbəbləri nələrdir ?

- Siqaret, ölkəmizdə aksiz vergisi tətbiq olunan mallardan biridir. Hansı ki, bu vergi, vergi gəlirlərində önəmli bir yer tutmaqla bərabər, zəruri ehtiyac malları olmayan mallara tətbiq edilir.  Gərək Maliyyə sosiologiyasında, gərəksə də vergi fəlsəfəsinə görə, önəmli hesab olunan aksiz vergisinin ölkəmizdə tətbiq obyekti də çox genişdir. Belə ki, büdcənin önəmli gəliri olan vergi yığımlarında zaman zaman ƏDV, mənfəət vergisi və digər vergilərdə artımlara gedilməsə də, aksiz vergisində hər zaman artımlara gedildiyini müşahidə edə bilərik. Çünki, fiskal fəlsəfəyə görə, aksiz vergisinin artırılması, bunun nəticəsi olaraq da lüks istehlak malının qiymətinin artması sosial siyasətə ziyan yetirmir. Əksinə, böhran dönəmlərində və ya hədəflənən vergi yığımına çatılmayan durumlarda, həm verginin əsas fəlsəfəsi olan gəlirin yenidən bölüşməsini həm də vergi yığımında hədəflənən rəqəmlərə çatmağı təmin edir. Aksiz vergilərinin artması, siqarət qiymətlərinə dərhal təsir edir ancaq bu təsir az öncə sadaladığım səbəblərə görə siqaretə olan tələbdə azalmaya yol açmır.

- Tütün və tütün məhsullarının "qara bazarı” necə formalaşır ? Ümumiyyətlə "qara bazarın” iqtisadiyyatdaki yeri nədir ?

- Məsələnin əsas məğzinə gələcək olarsaq, "qaçaq iqtisadiyyat”, "çamadan iqtisadiyyat” olaraq adlandırılan qaçaqmalçılıq bütün iqtiadiyyatlar arzuolunmaz bir vəziyyətdir. Belə ki, bazarda qaçaq məhsulların olması, vergidən yayınmağa bu da büdcə kəsrinin formalaşmasına, büdcə kəsrinin bağlanması üçün emisiyanın artırılmasına və ya borclanmağa səbəb olur. Hər iki vəziyyətdə uzun müdətdə infilyasiyaya səbəb olur. Qaçaq mallardan vergi verilməməsi və qaçaq yollar ilə satıldığı üçün bəzi maliyyətlərinin olmaması, bu mal və xidmətlərin qanuni bazardaki mal və xidmətlərə görə daha ucuz olması, istehlakçıları bu "qara bazar”a yaxınlaşdırır.

Özəlliklə, son illərdə tütün və tütün məhsullarında "qara bazar”ın genişləndiyi görülməktədir. Bu vəziyyəti iki cür dəyərləndirə bilərik. Birincisi, son illərdə aksiz vergisindəki artım və maliyyət infilyasiyasi səbəblərindən qaynaqlanan qiymət artımına görə olduğunu, ikincisi isə brend olan bütün siqaret markalarının ölkədə olmamasıdır. Belə ki, "Marlbro”, "Parliament” kimi dünyaca məhşur siqaret brendlərinin qanuni şəkildə bazarda olmaması, bu siqaretləri istifadə edənləri "qara bazara” üz tutmaqlarına səbəb olur.
XƏBƏR LENTİ