“Qara bazar”da dollar ucuzlaşdı - QİYMƏT

“Qara bazar”da dollar ucuzlaşdı - QİYMƏT
SOSİAL
10:32 06.02.2017
1079

Həftə sonu banklarda dolların ucuzlaşması "qara bazar”da da dolların alış-satış qiymətlərinə təsir edib. 

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 6-da səhər saatlarında dollar alışı 1.85 manat, satışı isə 1.87 manat olub.

Bu, fevral ayının 1-2-si ilə müqayisədə 4%-dən çox ucuzlaşma deməkdir.

Qeyd edək ki, son valyuta hərracından sonra cümə günü dollar "qara bazarda” 1.90 manata alınıb, 1.92 manata satılırdı. 

///Fins.az
OXŞAR XƏBƏRLƏR