Qara dənizdə neft tankerinə zərbə: Gəmi Rusiya nefti daşıyırmış
DÜNYA
01:12 18.08.2026
218
Yunanıstana məxsus neft tankeri Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalında yükvurma əməliyyatından sonra Qara dənizdə hücuma məruz qalıb. AZXEBER.COM xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, "Suezmax" sinfinə aid "Skiros" tankerinə zərbə endirilib. Agentliyin yazdığına görə, gəmiyə Rusiya nefti yüklənibmiş.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan yataqlarından hasil olunan neftin Rusiya ərazisindən keçməklə Novorossiysk yaxınlığındakı dəniz terminalına nəql edildiyi beynəlxalq neft kəməri sistemidir.