Qara dəniz bölgəsində yerləşən Kastamonu şəhərində 4.4 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələnin episentrinin Doğanyurt rayonu olduğu müəyyən edilib.
Zəlzələ yerli vaxtla saat 05:42-də qeydə alınıb.
Qeyd edək ki, zəlzələnin 17,68 kilometr dərinlikdə baş verdiyi və Doğanyurtdan 173 kilometr aralıda olduğu müəyyən edilib.
Mikayıl