Qara maskalılar deputat Əliyevi gecə evindən apardılar

Qara maskalılar deputat Əliyevi gecə evindən apardılar
DÜNYA
10:06 10.08.2016
1736

Rusiyanın Sankt-Peterburq şəhərində yerli qanunverici orqanının hakim “Vahid Rusiya” partiyasından olan deputatı, Leninqrad vilayətinin “Sukanal” idarəsinin rəisi in ofisində avqustun 8-də aparılan axtarışların təfərrüatları məlum olub.

İstintaq Komitəsinin müstəntiqlərinin SOBR xüsusi təyinatlı dəstəsinin qara maskalı döyüşçülərinin dəstəyi ilə apardıqları axtarış daha sonra deputatın mənzilində davam edib.

Müstəntiqlər və SOBR döyüçüləri gecədən xeyli keçmişə qədər mənzildə olublar. Daha sonra deputat Əliyevi ifadə vermək üçün özləri ilə Baş İstintaq İdarəsinə aparıblar. Bu gün isə günün ikinci yarısında deputatın şahid qismində dindirildiyini açıqlayaraq buraxıblar.

Əliyevin ofisində və evində aparılan axtarışa əsas kimi 2012-ci ilin yayında üç maddə-adam oğurluğu, quldurluq və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə qaldırılmış cinayət işinin istintaqı göstərilib. Zərərçəkən isə Kupçino rayonundakı “Starıy qorod” kafesinin sahibidir. Həmin ilin iyulunda naməlum şəxslər onu oğurlayıb və 1 milyon rubl verəndən sonra buraxıblar.

2015-ci ildə həmin cinayətə görə qruplaşmanın lideri Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev, habelə adı açıqlanmayan digər iki fiqurant həbs olunub. “Fontanka.ru” yazır ki, onlardan biri Sayad Əliyevin adını çəkib. Hüquq-mühafizə orqanları isə deputat Sayad Əliyevin bu adam oğurluğundakı rolu haqda açıqlama vermir. Məlumata görə onun həmin hadisədə birbaşa iştirakını təxmin etməyə əsas yoxdur, bununla belə Əliyevin korrupsioner əlaqələri və adının bir sıra cinayətlərdə, sifarişli qətllərdə hallanması yeni deyil. Sankt-Peterburqdakı azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişov da Sayad Əliyevlə düşməndir və onun deputat mandatının alınmasına çağırıb. Sayad Əliyev özü isə evində və ofisində aparılan axtarışı “düşmənlərinin işi” adlandırıb, əlavə heç nə deməyib. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib