Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

İDMAN
09:09 26.12.2022
226
"İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq".

AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısının başa çatdığını xatırladıb: "Azarkeşlərimizin böyük dəstəyi ilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir. Dəstəyiniz üçün təşəkkürlər. Bu alqışlar sizədir".

Qeyd edək ki, "Qarabağ" 18 turdan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. "Köhlən atlar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR