UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Kipr – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub.
AzxeberSport-un məlumatına görə, millimizin üzvü Qara Qarayev matç barədə fikirlərini bildirib:
"Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl "Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə, araşdırıb və lazım olan informasiyanı bizə verib".