Qara Qarayev “Neftçi” ilə danışıqlar aparır - RƏSMİ

Qara Qarayev “Neftçi” ilə danışıqlar aparır - RƏSMİ
İDMAN
13:08 24.07.2023
161
"Qarabağ”dan ayrılan Qara Qarayev "Neftçi” ilə danışıqlar aparır.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Zaur Əzizov bildirib. 

O, qeyd edib ki, təcrübəli yarımmüdafiəçi ilə danışıqlar davam edir. 

Məlumata görə, "Neftçi” Qara Qarayevlə demək olar ki, bütün məsələlərdə razılıq əldə edib. Onunla bugünlərdə müqavilə imzalanacaq.

Xatırladaq ki, Qara Qarayev 2008-2023-cü illərdə "Qarabağ”da çıxış edib. 
OXŞAR XƏBƏRLƏR