“Qarabağ-2” komandasının futbolçusu 4 oyunluq cəzalandırılıb

“Qarabağ-2” komandasının futbolçusu 4 oyunluq cəzalandırılıb
İDMAN
12:35 07.03.2025
363
Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2” komandasının futbolçusu Nihad Mollayev 4 oyunluq cəzalandırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda "Sumqayıt-2” ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.

AFFA "Sumqayıt-2” komandasını da cəzalandırıb. "Qarabağ-2” ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.
OXŞAR XƏBƏRLƏR