“Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bu gün yersiz addımdır”

“Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bu gün yersiz addımdır”
SİYASƏT
15:40 29.09.2018
9766
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bütövlükdə Azərbaycan iqtidarı, Azərbaycan xalqı məşğul olur”.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz:

"Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir. O cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə diqqət və qayğı bilavasitə Dağlıq Qarabağ münaqişəsinə olan bir münasibətdir”.

Deputat qeyd edib ki, həmçinin dövlətin bütün strukturları, demək olar, hər gün bu məsələ ilə, bu məsələnin həlli yolları ilə məşğuldur:

"Milli Məclis, Nazirlər Kabineti, güc strukturları, xarici siyasət idarələri, iqtisadi qurumlar və digərləri bu münaqişənin həllinə çalışırlar. Bu baxımdan da Dağlıq Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bu gun yersiz addımdır. Bugünkü mitinqin mahiyyəti ondan ibarətdir ki, bir qrup insan öz ətrafına adam toplaya bilmədiyi üçün Azərbaycanın taleyüklü məsələsini, yaxud hər bir Azərbaycan vətəndaşını düşündürən bir məsələni ortaya atmaqla orada insanları bir yerə cəmləyib öz maraqlarını həyata keçirməyə çalışırlar. Həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər.

Azərbaycanda mitinq keçirməyə nə ehtiyac var? Bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanların Dağlıq Qarabağla bağlı belə ürəkləri yanırsa, onda Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Ancaq əksinə, həmin insanlar orada Azərbaycan əleyhinə iş aparırlar, Azərbaycanın daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar”.

S.Novruzov vurğulayıb ki, Dağlıq Qarabağla bağlı çağırış edən mitinq təşkilatçılarının hamısı övladlarını xaricdə saxlayıb, hərbi xidmətə göndərməyib:

 

"Çağırış edən şəxs birinci növbədə öz övladını gətirər, təqdim edər və deyər ki, Vətənin müdafiəsi üçün gəlib, müharibə başlayarsa, istənilən an iştirak edə bilər. Yalnız bundan sonra o insanlar xalq qarşısında hansısa fikir irəli sürə bilər. Onlar müxtəlif siyasətlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bunlar hamısı yanlış fikirdir. Qarabağ mitinqi kiçik bir futbol stadionuna sığan mitinq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Bu baxımdan da bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini yerinə yetirmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq”.

Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul”) keçirilməsinə razılıq verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
21:46 07.05.2025
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
21:41 07.05.2025
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
21:34 07.05.2025
Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
21:27 07.05.2025
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
21:13 07.05.2025
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
21:09 07.05.2025
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
21:04 07.05.2025
Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
20:58 07.05.2025
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
Sabirabadda kişi küçədə özünü asdı
20:52 07.05.2025
Sabirabadda kişi küçədə özünü asdı
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
20:47 07.05.2025
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
20:39 07.05.2025
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb
20:27 07.05.2025
Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb
Sabah bu ərazilərdə qaz olmayacaq
20:22 07.05.2025
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub
20:16 07.05.2025
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub
Birinci xanımlar görüşdü - Foto
20:11 07.05.2025
Birinci xanımlar görüşdü - Foto
“10 oğlum olsa, hamısı bir qızıma qurban” – Kamil
19:49 07.05.2025
“10 oğlum olsa, hamısı bir qızıma qurban” – Kamil