‘Qarabağ’ adına yaraşanı etdi

İDMAN
00:18 02.08.2013
1307

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu bu mövsümdə beşinci matçına çıxıb.

Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə İsveçin "Gefle" klubunu qəbul edib. Bu mövsümAvroliqadaöz meydanında keçirdiyi iki oyunda qələbə qazananAğdam təmsilçisi"Gefle" ilə görüşün də əsasfavoriti hesab olunurdu. Fasiləyə 0:0 hesabı ilə qolsuz yollanan "Qarabağ" ikinci hissədə təzyiqi artırıb ki, bunun da nəticəsini görüb. Oyuna sonradan daxil olan Reynaldo matçın 89-cu dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR