“Qarabağ” “Anderlext” oyununda insident baş verdi

İDMAN
00:02 02.10.2015
4337
Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Anderlext" oyunundan sonra insident baş verib.
"Report" xəbər verir ki, matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.
Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR