Qarabağ - APOEL-lə oyununa 1 gündə 7 min bilet satılıb

Qarabağ - APOEL-lə oyununa 1 gündə 7 min bilet satılıb
İDMAN
16:14 18.10.2019
4708

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL oyununa maraq  böyükdür.

AZXEBER.COM-un xəbərinə görə, satışa çıxarılan ilk gündə 7 min bilet satılıb. Ötən gün satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

 

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR