Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL oyununa maraq böyükdür.
AZXEBER.COM-un xəbərinə görə, satışa çıxarılan ilk gündə 7 min bilet satılıb. Ötən gün satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.