Qarabağ Araşdırmalar Mərkəzi açılıb - FOTOLAR

Qarabağ Araşdırmalar Mərkəzi açılıb -  FOTOLAR
SİYASƏT
17:30 04.10.2013
1902

Bu gün Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə layihəsi olan mərkəzin açılış mərasimi açıq elan edən icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və qarşısında duran vəzifələrdən danışıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, sözügedən mərkəzin istifadəyə verilməsi Qarabağ barədə yeni səviyyədə araşdırmalar aparmağa imkan yaradacaq və gələcəkdə gənc tədqiqatçıların formalaşmasına kömək olacaq.

Onun sözlərinə görə, Qarabağın tarixi, mədəniyyəti və müsiqisi ilə bağlı vahid mərkəzin yaradılması artıq reallıqdır:“Bu mərkəz, Qarabağın tarixi, mədəniyyəti və perspektivlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq”.

E.Aslanovun sözlərinə görə, analoji mərkəzlərin yaradılması xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyi barədə informasiyaların yayılması üçün imkanlar açacaq.“Bu birinci təşəbbüsdür və mən əminəm ki, bu digər universitetlər üçün nümunə olacaq. Qarabağın araşdırılması mərkəzləri bütün ali təhsil müəssisələrində fəaliyyət göstərməlidir”, - deyə E.Aslanov bildirib.

Azərbaycan XİN-in rəsmisi Elman Abdullayev öz növbəsində qeyd edib ki, 21-ci əsrdə başqa bir dövlətin sərhədlərinin güc yolu ilə dəyirdirilməsi, onun tarixinin və mədəniyyətinin mənimsənilməsi yolverilməzdir.

O, qeyd edib ki, yeni mərkəz Azərbaycanın tədqiqat strukturlarının yaradılmasına əsaslanan ədalətli mövqeyi barədə beynəlxalq ictimaiyyətin daha yaxşı məlumatlandırılmasına imkan yaradacaq.

Öz növbəsində, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bəyan edib ki, mərkəzin əsas hədəfi ermənilər tərəfindən Qarabağ barədə yalan məlumatların yayılmasının qarşısının alınmasıdır.

O, bildirib ki, mərkəzdə Qarabağ barədə 3 mindən çox kitab və material toplanıb.Azərbaycan Respublikası Prezidenti yanından Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov vurğulayıb ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

“Mərkəzin fəaliyyətinin əsasında elə bu aspektlər dayanmalıdır”, - deyə o bəyan edib.

O, vurğulayıb ki, gənc nəsil Dağlıq Qarabağ münaqişəsi barədə bütün məlumatları bilməlidir.

F.Məmmədovun sözlərinə görə, gənc nəslin Qarabağı görməməsi və buna görə də ona heç bir aidiyyətinin olmamasına dair yanlış təsəvvür yarana bilər:

“Əslində məhz gənc nəsil öz tarixi torpaqlarına çox bağlıdır, çünki o, güclü dövlətdə böyüyür və onun gücünə söykənir”.

F.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqda nəzərdə tutulmuş istənilən yolla həll edilə bilər.

“Burada həm müharibə, həm də sülh imkanları var. Bu gün, bizi sülhə çağıran ölkələr özləri müharibə aparırlar”, - deyə o qeyd edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Mili Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış ediblər.

Layihədə göstərdiyi texniki dəstəyə görə Simbrella şirkətinə təşəkkür bildirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb