"Qarabağ" - "Arsenal" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Arsenal" oyununa nə qədər bilet satılıb?
İDMAN
18:29 25.09.2018
5701

Avropa Liqasının 2-ci turunda keçiriləcək "Qarabağ” - "Arsenal” oyununa bilet satışı davam edir.

AZXEBER.COM-un klubun rəsmi "Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq 20 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR