"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı

"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı
İDMAN
11:46 13.07.2021
662
"Qarabağ" və İsrail "Aşdod"u arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.
OXŞAR XƏBƏRLƏR