“Qarabağ” “Atletik Bilbao”ya qarşı

“Qarabağ” “Atletik Bilbao”ya qarşı
İDMAN
09:02 22.10.2025
158
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

AZXEBER.COM-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.

"San Mames" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda, Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.
OXŞAR XƏBƏRLƏR