Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
AZXEBER.COM-un xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi Ukraynada "Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.
Qrupun digər oyununda "Arsenal” "Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Araz Abdullayev, 13-pen Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion