“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək

İDMAN
10:31 27.11.2014
1546
Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirəcək.

F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. Qrupda son səfər oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində 1/16 final şanslarını həll edə bilər. Fransada qazanılan xallar təmsilçimizin ümidlərini son turadək saxlayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək. Oyunu isə islandiyalı referi Kristin Yakobsson idarə edəcək. Qeyd edək ki, “Qarabağ”ın digər rəqibləri “İnter” və “Dnepr” Milanda üz-üzə gələcək.

Avropa Liqası

Qrup mərhələsi, V tur

F qrupu

00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Sent-Etyen. “Ceffri Quiçard” stadionu

OXŞAR XƏBƏRLƏR