"Çelsi” ilə oyunda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesin zədəsi ciddidir.
Klubdan AZXEBER.COM-a verilən məlumata görə, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.











































