“Qarabağ” Azərbaycana bayram hədiyyəsi edə biləcəkmi?

İDMAN
14:30 08.08.2013
1806

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.  Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxacaq. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle”dir. Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibi doğma arenasında sınağa çəkəcək. İlk oyundakı qalibiyyətin üstünlüyü ilə meydana çıxacaq təmsilçimiz İsveçdən sərfəli nəticə ilə qayıtmaq istəyir. Avropa Liqası Üçüncü təsnifat mərhələsi (cavab oyunu) 8 avqust 22:00. “Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan) Baş hakim: Stefan Klossner (İsveçrə). Sundsvall. “Norrporten Arena”. 

OXŞAR XƏBƏRLƏR