“Qarabağ” - “Bazel” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirildi

“Qarabağ” - “Bazel” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirildi
İDMAN
10:08 08.09.2021
546

Ölkəmizi Konfrans Liqasında təmsil edən Ağdamın "Qarabağ” futbol klubu qrup mərhələsinin I turunda İsveçrə "Bazel”ini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qeyd olunur ki, qarşılaşma sentyabrın 16-da saat 20:45-də başlayacaq.

Əvvəl matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı.

Lakin meydançanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəbi ilə qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.

OXŞAR XƏBƏRLƏR