"Qarabağ" " Benfika"nın baş məşqçisini istefaya göndərdi

"Qarabağ" " Benfika"nın baş məşqçisini istefaya göndərdi
İDMAN
08:51 17.09.2025
285
Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib. 

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
OXŞAR XƏBƏRLƏR