“Qarabağ” bizim çempionata görə belə uduzdu

“Qarabağ” bizim çempionata görə belə uduzdu
KÖŞƏ
15:31 14.09.2017
2367
Aydın BAĞIROV
 
O çempionat və onu oyuncağa çevirən möhtərəm ağalar barədə, türk telekanallarının gurultulu anonsu olmasın, az sonra... Biz hələ ki, gedək İngiltərəyə, dünənki "Çelsi” – "Qarabağ” oyununa.
 
Hə, 0:6 istənilən komanda üçün çox pis məğlubiyyət, heç vaxt silinməyəcək bir qara ləkə kimidi. Nə qədər təmizləsən də, izi həmişə qalacaq. Amma bu məğlubiyyət ümummilli faciə deyil. Çempionlar Liqasında altı da yox, yeddi, hətta səkkiz top fərqi ilə uduzan komandalar olub. Son 4-5 ildə Avropanın tanınmış klublarından "Malmö” "Real”a 0:8, "Bazel” və "Şaxtyor” "Bavariya”ya 0:7, daha əvvəl - 2007/2008-ci il mövsümündə "Beşiktaş” elə İngiltərənin başqa bir təmsilçisi – "Liverpul”a 0:8 hesabı ilə uduzmayıbmı?
Gəlin, bir az sakitləşəyin. Qarşıda ÇL-də daha 5 oyunumuz var. Bu nəhəng yarışın, böyük komandalarla oyunlarımızın həyəcanını, zövqünü yaşayağın. Çünki bilmək olmaz, bu gedişlə bəlkə gələn ildən başlayaraq hələ uzun illər Çempionlar Liqasının qrupuna həsrət qalacağıq (məlum, artıq şərtlər dəyişir, qrupa düşmək yolu bizim çempion komanda üçün daha da çətinləşir).
 
***
 
Əlbəttə, Qurban Qurbanov özünün və futbolçularının səhvlərini yaxşı görür və bunu etiraf  edir. Ümid edək, "Roma" ilə Bakıdakı oyuna qədər neçə vaxtdı havalı olan Şehiç özünə gələcək, ya da ehtiyat qapıçı Anton Kanibolotski əsas heyətə. Ümid edək, Ansi Aqolli o oyuna qədər zədəsini sağaldacaq. Yoxsa italyanlar da "Çelsi” kimi bizim sol cinahda at oynatmaqda davam edəcək. Ümid edək, "Qarabağ”ın müdafiə xətti daha dünənki qədər boşluqlar buraxmayacaq.
Və həm də ona ümid edək ki, bu gün "Qarabağ”ı nahaqdan topa tutan, futbolla yaxından maraqlanmayan əziz insanlarımız vaxt tapıb heç olmasa bir dəfə "Çelsi"nin özü və İngiltərə çempionatındakı oyunları ilə maraqlanacaqlar.
 
***
 
Bu yay "Çelsi” "Real”dan aldığı hücumçu Alvaro Morataya görə 80 milyon avro ödədi. 80 milyon avro bugünkü məzənnə ilə 162 milyon manat edir. 162 milyon manat isə indiki "Qarabağ"ın hardasa 10-12 illik büdcəsidi. İki komanda arasında bu və buna bənzər daha onlarla fakt sadalamaq olar. Amma təkcə bu bircə fakt yetərlidi ki, klublar arasında həm büdcə, həm futbolçu, həm səviyyə fərqini görə biləsən.
 
Lakin peşəkar futbolda klublar yalnız səs-küylü transferləri, futbolçuları, məşqçiləri, doğru idarəetməsi, güclü maliyyə dayaqları ilə yox, həm də iştirak etdiyi ölkənin çempionatının səviyyəsinə görə böyüyür, inkişaf edir.
 
İngiltərədə "Çelsi”nin iştirak etdiyi çempionatı Premyer Liqa adlandırırlar. Azərbaycanda "Qarabağ”ın iştirak etdiyi çempionatı da. Onlarda həmin yarışda 20 komanda oynayır, bizdə 8. Orda hər gün qabağa gedirlər, bizdə hər gün dala. Orda klublar özündən asılıdı, bizdə 8 komandadan 5-i federasiyadan. Oranın Ramin Musayevi "Mançester Yunayted”in işinə müdaxilə edə bilməz, amma bizim Ramin Musayev Tərlan Əhmədovu "Neftçi”yə gətirə bilər. Orda birinci diviziondan Premyer Liqaya çempion və vitse-çempionları buraxırlar, bizdə isə ancaq Rövnəq Abdullayevin oğlunun komandasını. Oranın AFFA-sı ilə PFL-i futboldan pul qazanır, bizim AFFA ilə PFL futboldan pul yeyir. Oranın Rövnəq Abdullayevi hər gün işə çıxır, bizim Rövnəq Abdullayev heç vaxt işə çıxmır (futbolda).
 
Orda "Çelsi” ilə rəqabət apara biləcək bəlkə 15 komanda var, bizdə "Qarabağ”la oynaya biləcək cəmi 1 komanda. Orda "Çelsi”nin hər oyununa 40 min adam gəlir, bizdə "Qarabağ”ın oyununa 500 adam. Ordakılar futbol məktəblərini öz ölkəsində, kəndində, kəsəyində açırlar, bizdəkilər yad və uzaq Almaniyada. Ordakılar klublar üçün futbolçuları İngiltərənin Tovuzunda axtarırlar, bizimkilər Dağıstanın Xasavyurtunda…
 
Orda Premyer Liqanı yaşadırlar, bizdə əzə-əzə məhv edirlər. Və bütün bu eybəcərliklərdən sonra sənin bir komandan AFFA-nın, PFL-in cənginə düşməkdən qurtulmağı bacarır, öz gücü ilə Çempionlar Liqasının qrupuna düşür. "Çelsi” ilə oynayır, sənə heç vaxt unutmayacağın bir futbol gözəlliyi yaşadır.
 
0:6-nı bir kənara qoyun, əsl futbolun dadını çıxarın, onu nəfəsinizə çəkin.
 
… Onsuz da bizim futbolda hər gün zəhər uduruq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et