“Qarabağ” bu gün cavab oyununa çıxacaq

İDMAN
09:41 17.08.2023
154
"Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HIK-in qonağı olacaq.

"Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR