"Qarabağ" bu gün səfərdə "Ludoqorets"lə qarşılaşacaq

İDMAN
09:43 13.08.2024
134
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda rəqib 2:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. "Ludoqorets” - "Qarabağ”

Baş hakim: Simon Sozza

"Ludoqorets Arena"

İlk oyun: 2:1

OXŞAR XƏBƏRLƏR