"Qarabağ" növbəti transferini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Hayfa "Makkabi"sində çıxış edənMikel Markos Maderanı transfer edib.
29 yaşlı dayaq yarımmüdafiəçisi ilə iki illik müqavilə imzalanıb. Futboçununadı Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş olunub.
Qeyd edək ki, Madera karyerası ərzində"Sportinq Xixon", "Hetafe" (hər ikisi İspaniya), "Birmingem" (İngiltərə) və AEK (Yunanıstan) kimi klubların şərəfini qoruyub.