"Qarabağ" darmadağınla liderliyə yüksəldi

"Qarabağ" darmadağınla liderliyə yüksəldi
İDMAN
19:58 28.01.2021
750
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.

AZXEBER.COM-un məlumatına görə, "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ovusu Kvabena, 25-ci və 90+1-ci dəqiqədə Mahir Emreli, 85-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.
OXŞAR XƏBƏRLƏR