"Qarabağ" - "Dinamo" oyununa 28 000 bilet satılıb

İDMAN
22:04 27.08.2024
253
"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR