"Qarabağ" doğma meydanda "Dnepr"ə qarşı

İDMAN
14:47 06.11.2014
1547

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq. "Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İnter

3

2

1

0

3:0

7

2.

Qarabağ

3

1

1

1

1:2

4

3.

Sent Etyen

3

0

3

0

0:0

3

4.

Dnepr

3

0

1

2

0:2

1

OXŞAR XƏBƏRLƏR