Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj”ın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası birinci turda Bakıda "Sevilya"ya uduzmuşdu - 0:3.
3 oktyabr
A qrupu
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. "Jozi Bartel” stadionu.
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0
Qol: Çiçarito, 18
1. |
Sevilya
|
2 |
2 |
0 |
0 |
4:0 |
6 |
2. |
Qarabağ |
2 |
1 |
0 |
1 |
4:4 |
3 |
3. |
Düdelanj |
2 |
1 |
0 |
1 |
5:7 |
3 |
4. |
APOEL |
2 |
0 |
0 |
2 |
3:5 |
0 |