“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi
İDMAN
18:43 11.06.2022
280
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin may ayı üçün dünyanın 302 ən yaxşı klununun yer aldığı siyahını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, siyahıda bu dəfə də Azərbaycandan 2 klub – "Qarabağ” və "Neftçi” yer alıb.

141,5 xalı olan Ağdam təmsilçisi ötən reytinqlə müqayisədə 10 pillə irəliləyərək 89-cu pillədə qərarlaşıb. "Neftçi” isə  14 pillə gerilələyib. Komanda 235-ci yerdə qərarlaşıb. "Neftçi” 81 xalla  Zambiyanın "Zanako” və Meksikanın "CSYD Atlas” klubları ilə eyni xalı toplayıb.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində də dəyişiklik olub. "Palmeyras” (Braziliya) 310 xalla 1-ci pilləyə yüksəlib. "Liverpul” (İngiltərə, 291) 2-ci,  "Flamenqo” (Braziliya, 287) 2-ci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR