Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin may ayı üçün dünyanın 302 ən yaxşı klununun yer aldığı siyahını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, siyahıda bu dəfə də Azərbaycandan 2 klub – "Qarabağ” və "Neftçi” yer alıb.
141,5 xalı olan Ağdam təmsilçisi ötən reytinqlə müqayisədə 10 pillə irəliləyərək 89-cu pillədə qərarlaşıb. "Neftçi” isə 14 pillə gerilələyib. Komanda 235-ci yerdə qərarlaşıb. "Neftçi” 81 xalla Zambiyanın "Zanako” və Meksikanın "CSYD Atlas” klubları ilə eyni xalı toplayıb.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində də dəyişiklik olub. "Palmeyras” (Braziliya) 310 xalla 1-ci pilləyə yüksəlib. "Liverpul” (İngiltərə, 291) 2-ci, "Flamenqo” (Braziliya, 287) 2-ci pillədə qərarlaşıb.