Azərbaycanın “Qarabağ” futbol klubu dünyanın ən güclü klublarının reytinq siyahısında 111-ci yerə yüksəlib.
AZXEBER.COM-un apasport.az-a istinadən xəbər verir ki, bu göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) açıqladığı dünyanın ən güclü klublarının reytinq cədvəlində əks olunub.Məlumata görə, qurumun prezidenti Alfredo Pojenin ölümü ilə əlaqədar federasiyanın fəaliyyətində müvəqqəti durğunluğun yaranması üzündən siyahı 10 aylıq fasilədən sonra dərc olunub.2013-cü ilin 12 ayının nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Burada Azərbaycanın bir təmsilçisi var.Daxili arenada titul qazana bilməsə də, Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır.Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Penyarol” (Uruqvay), “Flamenqo”, “Botofoqo” (hər ikisi Braziliya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyur.Siyahının ilk pilləsində isə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 290 xalla 2-ci, İngiltərə “Çelsi”si 273 xalla 3-cüdür.