Qarabağ döyüşçüsünün Bakı bulvarında ürək parçalayan - HEKAYƏSİ

Qarabağ döyüşçüsünün Bakı bulvarında ürək parçalayan - HEKAYƏSİ
Bütün Xəbərlər
14:40 08.11.2013
2616
Özünü dənizə atan orta yaşlı kişinin xilas ediləndən sonra dedikləri çox ağrılı idi
Qarabağ müharibəsində döyüşdü, erməni işğalçılarına sinə gəldi, amma üzləşdiyi problemlə bacarmadı. Dənizkənarı Milli Parkda özünü dənizə atan orta yaşlı kişinin xilas ediləndən sonra dedikləri çox ağrılı idi.Belə ki, dünən gecə saatlarından bulvar ərazisində özünü öldürmək məqsədilə dənizə atan Yardımlı rayon sakini Namiq Tərlanov sudan çıxarılaraq polisə gətirilib.Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində ifadə verən N.Tərlanov deyib ki, Qarabağ müharibəsində erməniyə qarşı döyüşüb, ağır yaralanıb. Hazırda 6-7 qabırğası yoxdur.Bölmədən milli.az-a bildirilib ki, N.Tərlanov xəstə olmasına, kəskin ağrılarına baxmayaraq, dövlətin köməklik etməməsindən şikayətlənib. həyatdan bezərək özünü öldürmək istəyib. İfadəsi alınandan sonra N.Tərlanov sərbəst buraxılıb.
OXŞAR XƏBƏRLƏR