“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı - Meneceri açıqladı

“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı - Meneceri açıqladı
İDMAN
16:19 20.05.2026
886
"Qarabağ” Qurban Qurbanovun intizamsızlığa görə əvəzedici heyətə göndərdiyi Elvin Cəfərquliyevi satmaq istəyir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya onun agenti Tural Əsgərov məlumat verib. 

O bildirib ki, E.Cəfərquliyevin Ağdam klubundan ayrılmaq ehtimalı böyükdür: "Qarabağ” onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq. Amma hazırda razılaşdığı və ya anlaşdığı heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, "Qarabağ”la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq”.
OXŞAR XƏBƏRLƏR