"Qarabağ" Çempionlar Liqasına səfər qələbəsi ilə başladı

İDMAN
08:51 16.07.2014
1282

Çempionlar Liqasında II təsnifat mərhələsində mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” ilk sınağına səfərdə çıxıb.

Tarixində ilk dəfə bu yarışa qatılan komandamız Maltada “Valletta” ilə üz-üzə gəlib.

Zəif rəqiblə qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” meydanı qələbə ilə tərk edib. 17-ci dəqiqədə Çumbinyonun qolu ilə fasiləyə üstün durumda yollanan təmsilçimiz fasilədən sonra fərqlənməyə yaxın olub.

Belə imkanlardan ən realı matçın sonlarına təsadüf edib. Amma 84-cü dəqiqədə Riçard Almeyda penaltidən yararlana bilməyib. Braziliyalı futbolçunun zərbəsini qapıçı zərərsizləşdirib.

Qeyd edək ki, Bakıdakı cavab oyunu iyulun 22-də baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

15 iyul

“Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan) - 0:1Qol:Çumbinyo, 17Qırmızı vərəqə: Conatan Karuana, 8485-ci dəqiqədə Riçard Almeydanın penalti zərbəsini qapıçı dəf edib.Baş hakim: Adrien Jakkottet (İsveçrə)Ta-Qali milli stadionu

VALLETTA: 28. Niki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 5. Rayan Kamilyeri, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu (15. Rafael Kooh-Sona, 72), 18. Şon Bayada, 30. Abdelkarim Nafti (24. İan Zammit, 85), 36. Luk Dimek.

Ehtiyat oyunçular:1. Yenez Sini,11. Luk Montebello, 14. Hamid Alkamali, 17. Siray Eddin Arab, 22. Daniel Kamilyeri.

Baş məşqçi: Gilbert Acius.

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 87), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov.

Baş məşqçi: Qurban Qurbanov.

OXŞAR XƏBƏRLƏR