"Qarabağ" "Viktoriya"nı keçərsə, fantastik məbləğ qazanacaq

"Qarabağ" "Viktoriya"nı keçərsə, fantastik məbləğ qazanacaq
İDMAN
14:45 11.08.2022
983
"Qarabağ” Çempionlar Liqasında qrup mərhələsinə düşərsə, 15,64 milyon avro qazanacaq.

AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Plzen "Viktoriya”sına qalib gəlib ÇL-in qrupuna düşsə, qazanacağı hər oyuna görə 2,8 milyon avro gəlir əldə edəcək. Heç-heçə isə "Qarabağ”a 930 000 avro vəsait qazandıracaq.

"Qarabağ” pley-off mərhələsində məğlub olarsa, beş milyon avro qazanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi 20 milyon avro, ikinci yer sahibi isə 15,5 milyon avro ilə mükafatlandırılacaq.
OXŞAR XƏBƏRLƏR