"Qarabağ" - FCSB oyununa indiyədək satılmış biletlərin sayı açıqlandı

"Qarabağ" - FCSB oyununa indiyədək satılmış biletlərin sayı açıqlandı
İDMAN
13:52 23.01.2025
267
Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək Avropa Liqası matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qarşılaşma üçün 15 min civarında bilet alınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək. Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq. "Köhlən atlar"ın oyunçuları meydana qara sarğı ilə çıxacaqlar.
OXŞAR XƏBƏRLƏR