Avrokubokların dünən baş tutan təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklər olub.
AzxeberSport-un məlumatına görə, Çempionlar Liqasında "Sileksi" mübarizədən kənarlaşdıran Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ” reytinqdə irəliləyib.
Ağdam klubu Türkiyə təmsilçisi "Fənərbağça” ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda "Feyenoord” (Niderland) və "Styaua” (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür.
Qeyd edək ki, siyahıda "Qəbələ” 177-187-ci pillərdə, "Neftçi” üçüncü "yüzlükdə qərarlaşıb. "Flaqman" 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə "300-lük”dən kənarda qalıb.